Bank Of Baku

Azərbaycan ötən il TRACECA nəqliyyat dəhlizi üzrə yük və sərnişin daşımalarından gəlirlərini 11% artırıb

Azərbaycan ötən il TRACECA nəqliyyat dəhlizi üzrə yük və sərnişin daşımalarından gəlirlərini 11% artırıb
# 23 fevral 2009 07:35 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il ərzində Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi (TRACECA) üzrə Azərbaycan ərazisi ilə 48,7 mln. ton və ya 2007-ci illə müqayisədə 1,6% çox yük, 192,3 mln. nəfər və ya 7,1% çox sərnişin daşınıb.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, dəhliz üzrə yük daşınmasında dəmir yolu nəqliyyatı 52,8%, avtomobil nəqliyyatı 33,2%, dəniz nəqliyyatı 14% paya malik olub. Dəhlizdə bu nəqliyyat növləri ilə daşınmış yüklər ölkənin nəqliyyat sektorunda daşınmış bütün yüklərin 26,6%-ni təşkil edib.
Dəhliz üzərində həyata keçirilmiş daşımalardan 2008-ci ildə 261,2 mln. manat və ya əvvəlki illə müqayisədə 10,6% çox gəlir əldə edilib və artım dəmir yolu nəqliyyatında 7,9%, dəniz nəqliyyatında 15,8%, avtomobil nəqliyyatında isə 14,6% səviyyəsində müşahidə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR