Bank Of Baku

Nazir Ziya Məmmədov: «Dünya maliyyə böhranı ilə bağlı Azərbaycan bəzi nəqliyyat layihələrini təxirə salıb»

Nazir Ziya Məmmədov: «Dünya maliyyə böhranı ilə bağlı Azərbaycan bəzi nəqliyyat layihələrini təxirə salıb»
# 23 fevral 2009 10:12 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev – APA. Dünyada müşahidə olunan maliyyə böhranı ilə əlaqədar Azərbaycanın nəqliyyat sektorunda həyata keçirilməsi nəzərdə tutulan bir sıra layihə təxirə salınıb. APA-nın bildirdiyinə görə, bu barədə Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov məlumat verib.
Z.Məmmədov bu sırada bəzi yol qovşaqlarının yenidən qurulması, rayonlararası və kəndlərarası avtomobil yollarının təmiri layihələrinin qeyri-müəyyən vaxtadək təxirə salındığını bildirib.
Bununla yanaşı, nazir Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində işlərin davam etdirildiyini vurğulayıb. Azərbaycan hökumətinin layihəni dəstəklədiyini deyən Z.Məmmədovun sözlərinə görə, İran tərəfi Rəşt-Astara (İran) dəmir yolunun tikintisini başa çatdırandan sonra Azərbaycan tərəfi öz ərazisində 8 km-lik yolun tikintisini həyata keçirəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR