Bank Of Baku

Azərbaycandan daşınan yükün həcmi yanvarda 57% artıb

Azərbaycandan daşınan yükün həcmi yanvarda 57% artıb
# 23 fevral 2009 10:39 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin yanvar ayı ərzində Azərbaycandan 2 835,9 min ton yük daşınıb ki, bu da 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə 56,56% çoxdur. Bu barədə «APA-Economics»ə Dövlət Gömrük Komitəsindən məlumat verilib.
Bunun 2 252,1 min tonu ixrac, 583,8 min tonu isə idxal əməliyyatlarının payına düşüb. İxrac əməliyyatlarında əsasən dəniz (27,3 min ton), dəmiryolu (227,6 min ton), avtomobil (31,6 min ton), hava nəqliyyatı (0,2 min ton) və boru kəmərləri (1 965 min ton) nəqliyyat vasitələrindən istifadə olunub.
İdxal əməliyyatlarında daşınan yüklərin 15,8 min tonu dəniz, 456 min tonu dəmiryolu, 104,3 min tonu avtomobil, 1,8 min tonu isə hava nəqliyyatının payına düşüb.
Hesabat dövründə tranzit olaraq Azərbaycan ərazisində 489,6 min ton yük keçirilib. Tranzit yüklər əsasən İsveçrə (213,1 min ton), Bermuda adaları (68,1 min ton), Gürcüstan (61,8 min ton), İtaliya (36,4 min ton), Tacikistan (27 min ton), İran (21,3 min ton), Rusiya (21 min ton), Türkmənistan (20 min ton) və Türkiyəyə (7,3 min ton) göndərilib. Azərbaycan ərazisindən daşınan tranzit yükün həcmi 2008-ci ilin yanvar ayına nisbətən 18,71% artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR