Bank Of Baku

Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal kompleksinin ərazisi genişləndirilir

Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal kompleksinin ərazisi genişləndirilir
# 23 fevral 2009 10:40 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal kompleksinin ərazisi genişləndirilir. APA-nın bildirdiyinə görə, bu barədə Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov məlumat verib.
Z.Məmmədovun sözlərinə görə, avtovağzal kompleksi keçmiş motodrom ərazisinə doğru genişləndiriləcək. «Bura Sumqayıt marşrutları da daxil olduğundan, genişləndirməyə ehtiyac yaranır. Artıq işlərə başlanılıb və yaxın 10 gündə yekunlaşacaq».
Qeyd edək ki, yeni Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal kompleksi fevralın 12-də istifadəyə verilib. Kompleksinin tikintisinə 2004-cü ilin may ayından başlanıb. Bakı-Sumqayıt yolunun şərqində 21,39 hektarlıq sahəni əhatə edən avtovağzal kompleksi gün ərzində 18-20 min sərnişinə xidmət etmək, 800-950 avtobusu qəbul edib yola salmaq gücünə malikdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR