Bank Of Baku

«Bakcell» müştəriləri üçün yeni kampaniyalar keçirəcək

«Bakcell» müştəriləri üçün yeni kampaniyalar keçirəcək
# 23 fevral 2009 10:45 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Azərbaycanın ilk mobil rabitə operatoru olan «Bakcell» şirkəti EDGE texnologiyasına keçid layihəsi çərçivəsində fevralın 25-dən etibarən pullu GPRS xidmətlərinin göstərilməsi ilə bağlı kampaniyaya başlayacaq.
Şirkətin Bakıdakı baş ofisindən «APA-Economics»ə verilən məlumata əsasən, kampaniya çərçivəsində «Cin Kart» abunəçilərinə İnternetə 40 Kbit/s, abunə nömrələrinin sahiblərinə isə 46 Kbit/s sürəti ilə qoşulma imkanı yaradılacaq. Göstərilən xidmətin haqqı isə müvafiq olaraq 4 kontur və 1 qəpik təşkil edəcək.
Qeyd edək ki, hazırda bu xidmətlər şirkət tərəfindən abunəçilərə test rejimində pulsuz göstərilir.
Bununla yanaşı, GPRS xidmətlərinin keyfiyyəti mükəmməlləşəndən sonra, şirkət MMS xidməti üzrə kampaniya keçirməyi planlaşdırır. Belə ki, bu xidmətlər ilkin mərhələdə abunə nömrələrinin sahibləri üçün pulsuz, «Cin» nömrələri üçün isə 1 MMS/36 kontur hesabı ilə göstəriləcək.
Xatırladaq ki, hazırda «Bakcell» əhalinin 88%-dən artıq hissəsini və Azərbaycan ərazisinin 80%-ni əhatə edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR