Bank Of Baku

Nazir: “Azərbaycana daha 200 iritutumlu sərnişin avtobusu gətiriləcək”

Nazir: “Azərbaycana daha 200 iritutumlu sərnişin avtobusu gətiriləcək”
# 23 fevral 2009 12:12 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Nəqliyyat Nazirliyinin xətti ilə Azərbaycana avtobusların gətirilməsi başa çatıb. Bu barədə APA-ya açıqlamasında Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov bildirib. Nazir deyib ki, hazırda ölkəyə avtobusların gətirilməsi özəl şirkətlərin xətti ilə həyata keçirilir.

Z. Məmmədov yaxın vaxtlarda özəl şirkətlərin xətti ilə Azərbaycana daha 200 iritutumlu sərnişin avtobusunun gətiriləcəyini deyib: “Bu iş mərhələli şəkildə həyata keçirilir. Yeni avtobuslar gətirildikcə köhnə avtobuslar xətdən çıxarılır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR