Bank Of Baku

Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşımanın həcmi yanvarda 2% azalıb

Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşımanın həcmi yanvarda 2% azalıb
# 23 fevral 2009 12:35 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar ayı ərzində Azərbaycanda ötən ilin müvafiq dövrü ilə müqayisədə hava nəqliyyatı ilə sərnişindaşımanın həcmi azalıb.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, cari ilin ilk ayında hava nəqliyyatı ilə 90,5 min nəfər və ya əvvəlki ilin analoji ayı ilə müqayisədə 2,1% az sərnişin daşınıb. Bu nəqliyyat növü ilə daşınmanın 92,6%-i dövlət bölməsinə, 7,4%-i isə özəl müəssisələrə məxsus hava gəmiləri ilə həyata keçirilib.
Dövlət bölməsində sərnişin daşımaları 2,1%, qeyri-dövlət bölməsində isə 1,5% azalıb.
Qeyd edək ki, ötən ilin sentyabr-oktyabr aylarında Zaqatala və Lənkəran rayonlarında yeni hava limanları inşa olunaraq istismara verilib. Bununla da ölkədə hava limanlarının sayı 5-ə çatdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR