Bank Of Baku

«AzEuroTel» martın 1-dən İnternet tariflərini 75% azaldır

«AzEuroTel» martın 1-dən İnternet tariflərini 75% azaldır
# 23 fevral 2009 12:54 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. «AzEuroTel» Birgə Müəssisəsi (BM) bu ilin mart ayının 1-dən etibarən ADSL və ayrılmış xətt vasitəsi ilə göstərilən İnternet xidmətləri üzrə tariflərini 50-75% endirəcək.
Şirkətin Bakıdakı baş ofisindən «APA-Economics»ə verilən məlumata əsasən, trafik üzrə göstərilən ADSL xidmətlərinin tarifləri trafikin iki dəfə artırılması və aşağı sürətlərdə İnternetin ləğvi vasitəsi ilə 50% endirilib. Limitsiz ADSL xidmətlərinin qiymətlərində isə 50% endirim tətbiq edilib.
Ayrılmış xətt vasitəsi ilə göstərilən xidmətlərin qiymətlərinə 75% endirim tətbiq olunub.
Qeyd edək ki, «AzEuroTel» BM 1995-ci ildə Azərbaycan Rabitə Nazirliyi və «LUKoil Europe Ltd.» (Böyük Britaiya) şirkəti tərəfindən yaradılıb. «AzEuroTel» BM Britaniyanın «GRT Ltd.» şirkətinin «System X» texnologiyası əsasında qurulan müasir rəqəmli 492/497/437 ATS-lərin operatorudur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR