Bank Of Baku

Azərbaycanda Rabitə və İT-nin inkişafı üzrə Dövlət Proqramının layihəsi ölkə hökumətinə təqdim olunub

Azərbaycanda Rabitə və İT-nin inkişafı üzrə Dövlət Proqramının layihəsi ölkə hökumətinə təqdim olunub
# 23 fevral 2009 14:11 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Azərbaycanda Rabitə və informasiya texnologiyalarının inkişafı üzrə Dövlət Proqramının (2009-2012-ci illər) layihəsi baxılmaq üçün Nazirlər Kabinetinə təqdim olunub.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən «APA-Economics»ə verilən məlumata əsasən, ikinci mərhələni əhatə edən bu proqram çərçivəsində müxtəlif sahələr üzrə İKT-nin tətbiqinə, onların əhatə dairəsinin genişləndirilməsi ilə bağlı layihələrə üstünlük verilib. Proqram müxtəlif qurumlardan alınmış təkliflər əsasında və əvvəlki mərhələnin nəticələri, cəmiyyətin tələbatı, dünya təcrübəsi, həmçinin ölkəmizin sosial-iqtisadi inkişafı qiymətləndirilməklə formalaşdırılıb. Dövlət Proqramı sahələrarası xarakter daşıyır və ümumən cəmiyyətin inkişafına xidmət edir. Bu proqramda «e-hökumət həlləri», «e-hökumətin formalaşdırılması» məsələləri mühüm yer tutur.
Qeyd edək ki, «Elektron hökumət» dövlət orqanlarının öz aralarında və vətəndaşlar, biznes qurumları ilə əlaqələrinin İKT-nin tətbiqi ilə həyata keçirilməsi mexanizmidir.
Dünya təcrübəsi onu göstərir ki, əsasən bu cür layihələr 3-4 mərhələli olur. İşlərin daha da sürətləndirilməsi və kompleks şəkildə aparılması üçün Azərbaycanda yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramına (2008-2015-ci illər) uyğun olaraq, «Elektron hökumətin formalaşdırılması üzrə Fəaliyyət Proqramı»nın layihəsi hazırlanıb və hazırda Nazirlər Kabinetində müzakirə olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR