Bank Of Baku

Azərbaycan İKT-nin təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə beynəlxalq toplantıda iştirak edəcək

Azərbaycan İKT-nin təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə beynəlxalq toplantıda iştirak edəcək
# 23 fevral 2009 14:58 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları və Fövqəladə Hallar nazirliklərinin əməkdaşlarından ibarət nümayəndə heyəti fevralın 25-27-də Bişkəkdə (Qırğızıstan) keçiriləcək İKT-nin təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında istifadəsi mövzusunda beynəlxalq tədbirdə iştirak edəcək.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, tədbir SPECA (Mərkəzi Asiya dövlətlərinin iqtisadiyyatları üçün BMT-nin xüsusi proqramı) Proqramının 2009-cu il üçün nəzərdə tutduğu tədbirlər planının bir hissəsidir. Tədbirdə tərəflər təbii fəlakətlərin nəticələrinin ləğvində İKT-dən istifadə qaydaları və regional əməkdaşlıq mexanizmləri kimi məsələləri müzakirə edəcək.
Bununla yanaşı, tədbir iştirakçıları təbii fəlakətlərin qarşısının alınması üzrə xidmətlərin və mövcud sistemlərin birgə istifadəsi üçün Mərkəzi Asiya və Qafqaz ölkələri arasında əməkdaşlıq və gələcək inkişafı üzrə fikir mübadiləsi aparılacaq. Həmçinin, iştirakçılara bir sıra müvafiq təşəbbüslər, o cümlədən 2007-ci ildən həyata keçirilən WINDS (Wideband InterNetworking engineering test and Demonstration Satellite) layihəsi təqdim ediləcək.
Tədbirin təşkilatçısı rolunda Qırğızıstan Fövqəladə Hallar Nazirliyi və BMT-nin Asiya və Sakit Okean ölkələri üzrə İqtisadi və Sosial Komissiyası (UNESCAP) çıxış edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR