Bank Of Baku

“AzEuroTel”: 492/497/437 saylı ATS-lərin abunəçilərinə xidmətlərin göstərilməməsinə görə bütün məsuliyyət “Aztelekom”un üzərinə düşür

“AzEuroTel”: 492/497/437 saylı ATS-lərin abunəçilərinə xidmətlərin göstərilməməsinə görə bütün məsuliyyət “Aztelekom”un üzərinə düşür
# 23 fevral 2009 15:28 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. “AzEuroTel” Azərbaycan-Britaniya Birgə Müəssisəsi “Aztelekom” İstehsalat Birliyinin 492/497/437 saylı ATS-lərinin abunəçilərinə göstərilən rabitə xidmətlərinin fevralın 24-dən dayandırılması barədə xəbərdarlığı ilə bağlı növbəti məlumatı yayıb. “AzEuroTel”-dən APA-ya daxil olan məlumatda bildirilir ki, 492/497/437 saylı ATS-lərin abunəçilərinin Bakı şəhərin bütün ATS-lərinə giriş və çıxış rabitəsi yalnız “AzEuroTel”in avadanlığı üzərindən həyata keçirilir və tam həcmdə təqdim olunur. “Aztelekom” isə “AzEuroTel” abunəçilərinin yalnız Azərbaycanın rayonlarını və mobil rabitə şəbəkəsinə çıxışını məhdudlaşdırmağa səy göstərir.

“AzEuroTel” 492/497/437 indeksli stansiyalarının abunəçilərinin nəzərinə çatdırır ki, 1 saylı Yerli İqtisad Məhkəməsinin qərardadı əsasında “Aztelekom” tərəfindən qeyd edilən stansiyaların istifadəçilərinə göstərilən rabitə xidmətinin dayandırılması qadağan edilməli, “Aztelekom” vasitəsi ilə rayon və mobil operatorlarla arabağlantı zamanı hər cür maneələr aradan qaldırılmalı, arabağlantılar “AzEuroTel” tərəfindən tələb olunan həcmdə təmin edilməlidir.

“AzEuroTel” bir daha rəsmi şəkildə 492/497/437 saylı ATS-lərin abunəçilərinə Azərbaycanın rayonlarına və mobil rabitə şəbəkəsinə çıxış xidmətlərinin göstərilməməsinə görə bütün məsuliyyətin “Aztelekom”un üzərinə düşdüyünü də bildirib.

“Aztelekom”dan isə APA-ya bildirilib ki, 492/497/437 saylı ATS-lərində fevralın 24-dən rabitə xidmətlərinin göstərilməsinin dayandırılması ilə bağlı xəbərdarlığı qüvvədədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR