Bank Of Baku

Azərbaycanda dəmir yolu ilə yükdaşımaların həcmi 32% azalıb

Azərbaycanda dəmir yolu ilə yükdaşımaların həcmi 32% azalıb
# 24 fevral 2009 06:59 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar ayı ərzində Azərbaycanın dəmir yolu nəqliyyatı ilə 1,5 mln. ton yük daşınıb və 2007-ci ilin analoji ayı ilə müqayisədə yükdaşımanın həcmi 31,8% azalıb.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, azalmanın əsas səbəbi yüklərin daha çox hissəsini təşkil edən neft məhsullarının daşınmasının azalması ilə əlaqədardır.
Dəmir yolunda orta hesabla sutka ərzində yüklənmiş vaqonların sayı 18,2%, boşaldılmış yük vaqonlarının sayı isə 32,4% azalıb. Vaqonların orta sutkalıq yüklənməsi dəmir yolunun Şimal istiqaməti üzrə 18,6%, Qərb istiqaməti üzrə 32,4%, Cənub istiqaməti üzrə isə 33,3% azalma ilə müşahidə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR