Bank Of Baku

Azərbaycanın aparıcı İT istehsalçısı bu il dövriyyəsini 15% artıracaq

Azərbaycanın aparıcı İT istehsalçısı bu il dövriyyəsini 15% artıracaq
# 24 fevral 2009 07:06 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. «Azərbaycan Elektronikası» (AZEL) SC-nin dövriyyəsinin bu il 2008-ci ilə nisbətən 15% artacağı proqnozlaşdırılır. Bu barədə «APA-Economics»ə şirkətin Müşahidə Şurasının sədri İgor Yakovenko məlumat verib.
İ.Yakovenkonun fikrincə, bu proqnoz göstəricisinin «AZEL»in il ərzində genişmiqyaslı tenderlərdə iştirakı və pərakəndə satış şəbəkəsinin inkişaf etdirilməsi nəticəsində reallaşacağı gözlənilir. Şirkət Təhsil Nazirliyi və digər dövlət qurumlarının iri layihələrində təchizatçı qismində fəal iştirak etməyi planlaşdırır.
İ.Yakovenko bildirib ki, dünya bazarlarında istehsalçı qiymətlərinin enməsi nəticəsində yerli məhsulların rəqabətliliyi azalır. Bunun nəticəsində ötən il şirkətin ümumi satış həcmi artsa da, «Lazer» noutbuk və kompüterlərinin satış həcmi 2007-ci il səviyyəsində qalıb.
Qeyd edək ki, hazırda «AZEL» şirkətinin noutbuk satışının əsas hissəsi «Toshiba» və «Hewlett Packard» brendlərinin payına düşür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR