Bank Of Baku

Azərbaycanda Regional İnnovasiya Zonasının yaradılması üçün qanunvericilik bazası hazırlayır

Azərbaycanda Regional İnnovasiya Zonasının yaradılması üçün qanunvericilik bazası hazırlayır
# 24 fevral 2009 07:44 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Azərbaycan parlamentinin gündəliyində olan «Xüsusi iqtisadi zonalar haqqında» və «İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında» qanun layihələrinin qəbul edilməsi ölkədə Regional İnnovasiya Zonasının (RİZ) yaradılmasına təkan verəcək.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən «APA-Economics»ə verilən məlumata əsasən, RİZ-in yaradılması Azərbaycanın İKT sektorunun inkişafına təkan verəcək amillərdən biridir. Bu, ölkə iqtisadiyyatının müxtəlif sahələrində yüksək texnologiyaların tətbiqi, kiçik və orta sahibkarlığın inkişafı, xarici şirkətlərin və potensial investorların ölkəyə cəlb edilməsi, insan resurslarının inkişafı, respublikada elektron avadanlıqlar və proqram təminatı istehsalının genişləndirilməsinə xidmət edəcək.
Artıq RİZ-in texniki-iqtisadi əsaslandırılması işlənilib, tərkibi müəyyənləşdirilib, fəaliyyəti üçün ilkin təşkilati və hüquqi sənəd layihələri hazırlanıb, İKT bazarında tələb və təklifin təhlili aparılıb.
Qeyd edək ki, dünya üzrə innovativ irəliləyiş gələcək iqtisadi inkişafın əsası kimi qəbul olunur və hazırda bir çox ölkədə, o cümlədən Rusiya, Qazaxıstan, Ukrayna, Belarus, Türkiyə və regionun digər dövlətlərində bu istiqamətdə aktiv işlər aparılır.
Azərbaycanda bu layihənin tətbiqinin əsas məqsədləri İKT sektorunun ÜDM-də xüsusi çəkisini artırmaq, intellektual potensialı gücləndirmək, innovasiya yönümlü istehsalı təşviq etmək, regionları inkişaf etdirmək, ölkənin ixrac potensialını artırmaq, Azərbaycanı regionun İKT mərkəzinə çevirməkdən ibarətdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR