Bank Of Baku

Türk Akkreditasiya Qurumunun baş katibi Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində görüş keçirib

Türk Akkreditasiya Qurumunun baş katibi Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində görüş keçirib
# 24 fevral 2009 08:14 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Türk Akkreditasiya Qurumunun (TURKAK) baş katibi Əmrə Sezər Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində (SMPDK) olub. Bu barədə «APA-Economics»ə SMPDK-nin mətbuat xidmətindən məlumat verilib.
Komitə sədri Ramiz Həsənovla görüşdə əlaqədar qurumlar arasında işbirliyi müzakirə olunub. Sonra Ə.Sezərlə Komitənin akkreditasiya şöbəsinin mütəxəssisləri arasında görüş keçirilib. Türk Akkreditasiya Qurumunun rəhbərinə Azərbaycanda akkreditasiya sahəsinin hazırkı vəziyyəti haqqında məlumat verilib. Hazırda Laboratoriyaların Beynəlxalq Akkreditasiya Birliyi (İLAC) və Beynəlxalq Akkreditasiya Forumuna (İAF) üzv olmaq istiqamətində işlər aparıldığı bildirilib. Görüş zamanı bu sahədəki mövcud qanunların beynəlxalq akkreditasiya sisteminə uyğunlaşdırılması istiqamətində görülə biləcək işlər müzakirə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR