Bank Of Baku

Avropa İttifaqının ekspertləri Azərbaycanda dənizçilik sahəsində görülən işləri yüksək qiymətləndiriblər

Avropa İttifaqının ekspertləri Azərbaycanda dənizçilik sahəsində görülən işləri yüksək qiymətləndiriblər
# 24 fevral 2009 10:09 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Avropa İttifaqı Dəniz Təhlükəsizliyi Agentliyi ekspertlərinin Azərbaycana səfəri başa çatıb. Bu barədə «APA-Economics»ə Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasından (ARDDA) məlumat verilib.
Səfər zamanı ekspertlər ARDDA-nın fəaliyyəti və Azərbaycanda dənizçilik sahəsində fəaliyyət göstərən təşkilatlar tərəfindən beynəlxalq konvensiyaların tələblərinə əməl olunması istiqamətində görülən işlərlə yaxından tanış olublar. Ekspertlər tərəfindən həmçinin Azərbaycanda dənizçilərin hazırlanması prosesi təhlil edilib.
Səfərin yekununda ekspert qrupu Azərbaycan prezidentinin müvafiq sərəncamına əsasən ARDDA-nın mərkəzi icra hakimiyyəti orqanı olaraq yaradılmasını xüsusi vurğulayaraq, Administrasiya tərəfindən görülən işlərdən razı qaldıqlarını bildiriblər. Həmçinin, Azərbaycan tərəfindən dənizçilik sahəsində ratifikasiya olunmuş beynəlxalq konvensiyaların tələblərinin yerinə yetirilməsi vəziyyətini ümumilikdə müsbət qiymətləndirilib. Avropa İttifaqı Dəniz Təhlükəsizliyi Agentliyinin yoxlama missiyasının nəticələrinə dair məruzə qısa müddət ərzində Avropa Komissiyasına və Azərbaycan hökumətinə təqdim ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR