Bank Of Baku

Bu il Azərbaycanda ən iri idman şəhərciyinin inşasına başlanacaq

Bu il Azərbaycanda ən iri idman şəhərciyinin inşasına başlanacaq
# 24 fevral 2009 12:10 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. «Azersun Holding» Şirkətlər Qrupu Bakı şəhəri yaxınlığında yeni idman şəhərciyinin tikintisinə dair layihənin icrasına 2009-cu ilin sonunda başlayacaq. Bu barədə «APA-Economics»ə «Azersun Holding»in prezidenti Abdolbari Goozal məlumat verib.
A.Goozalın sözlərinə görə, hazırda ABŞ-ın üç şirkəti layihə üzərində işləyir və tikinti işlərinə cari ilin sonunda başlanacağı gözlənilir: «Layihənin ümumi dəyəri təxminən 2 mlrd. ABŞ dolları təşkil edir və düşünürəm ki, hazırda dünyada müşahidə olunan maliyyə böhranı layihənin icrasına mane olmayacaq».
Qeyd edək ki, idman şəhərciyi paytaxtın Binə qəsəbəsində yerləşəcək. Tikinti işləri təxminən 300 hektar ərazidə aparılacaq ki, hazırda ilkin planlaşmaya başlanılıb. Layihənin reallaşması «Azersun Holding»in öz vəsaiti hesabına maliyyələşdiriləcək. İdman şəhərciyində qolf və tennis kortları, futbol meydançası («Qarabağ» futbol klubunun təlim-məşq bazası), trenajor zalı və bir sıra digər idman növləri üzrə sahələr yaradılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR