Bank Of Baku

Bakı Beynəlxalq Dəniz Ticarət Limanında idxal yüklərin qalığı 10% artıb

Bakı Beynəlxalq Dəniz Ticarət Limanında idxal yüklərin qalığı 10% artıb
# 24 fevral 2009 13:46 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar ayı ərzində Bakı Beynəlxalq Dəniz Ticarət Limanında 413,5 min ton və ya 2007-ci ilin analoji ayı ilə müqayisədə 5,5% çox yükləmə-boşaltma işləri yerinə yetirilib.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, 2009-cu ilin fevralın 1-i vəziyyətinə limanda göndərilmək üçün 1,1 min ton və ya əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 10% çox idxal yüklərinin qalığı olub.
Ümumiyyətlə, cari ilin yanvar ayında dəniz nəqliyyatı ilə daşınmış yüklərin həcmi 30,8% artıb və 893 min ton təşkil edib. Yüklərin 73,2%-ni neft yükləri, 26,8%-ni isə quru yüklər təşkil edib və bütün daşımalar xarici əlaqələr üzrə həyata keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR