«AzEuroTel» Birgə Müəssisəsi: «Şirkətimiz fəaliyyətini davam etdirir» - YENİLƏNİB
Fevralın 23-dən etibarən «Aztelekom» İB ilk öncə təyin etdiyi vaxtı qabaqlayaraq 492/497/437 indeksli ATS-lərin abunəçilərinə Azərbaycanın rayonlarına və mobil rabitə abunəçilərinə çıxış xidmətlərinin göstərilməsini təmin edən kanalları məhdudlaşdırıb.
Bununla bağlı «AzEuroTel» rəsmi şəkildə bildirib ki, ATS 492/497/437 abunəçilərinə Azərbaycanın şəhər və rayonlarına, habelə mobil rabitə abunəçilərinə çıxış xidmətlərinin göstərilməməsinə görə bütün məsuliyyət «Aztelekom»un üzərinə düşür. Bununla yanaşı qeyd olunur ki, «Aztelekom» İB-nin «Azeurotel»ə göstərdiyi rabitə xidmətlərini tam dayandırmağa nə səlahiyyəti, nə də texniki imkanları var. «Aztelekom»un yalnız beynəlxalq, şəhərlərarası və mobil rabitəyə çıxış kanallarını bağlamağa texniki imkanı və səlahiyyəti var, bu da yalnız məhkəmə qərarı əsasında həyata keçirilə bilər», - deyə birgə müəssisədən bildirilib.
Xatırladaq ki, 2007-2009-cu illər üzrə «Aztelekom» İB-yə 1 mln. manatdan artıq olan borcunu ödəmədiyi üçün 1 saylı Yerli İqtisad Məhkəməsinin dünən verdiyi qərarı ilə həmçinin «AzEuroTel»in bank hesablarına həbs qoyulub. Bununla yanaşı, «AzEuroTel»in qanunsuz beynəlxalq trafik gətirməsi də qadağa edilib.
Bu məsələyə aydınlıq gətirən «AzEuroTel» təmsilçiləri qeyd ediblər ki, şirkət 1997-ci ildə fəaliyyətə başladığı dövrdən indiyədək Rusiyanın «Rostelekom», Böyük Britaniyanın «British Telecom» və ABŞ-ın «MCI WorldCom» operatorları ilə bağladığı müqavilələr əsasında beynəlxalq giriş-çıxış rabitəsi xidmətləri göstərir.
Beləliklə, Azərbaycanın beynəlxalq rabitə bazarının 3%-i «AzEuroTel» şirkətinin payına düşür və hazırda şirkət bütün dünyada, hətta «Aztelekom» İB-nin özünün təcrübəsindən istifadə edərək beynəlxalq rabitə xidmətlərini İP protokolu vasitəsi ilə göstərir. Qeyd edək ki, hazırda Azərbaycanın beynəlxalq rabitə xidmətlərinin 98%-i İP protokolu əsasında göstərilir, bu da beynəlxalq rabitə xidmətlərini daha aşağı məsrəflərlə abunəçilərə təqdim etmək imkanı yaradır.
«Aztelekom»un səbəb kimi göstərdiyi «AzEuroTel»in qanunsuz beynəlxalq trafik gətirməsi məsələsi ilə bağlı isə xatırlatmaq istərdik ki, Rabitə Nazirliyinin 1996-cı ildə ayırdığı lisenziyaya uyğun olaraq, şirkətimizin yerli telefon şəbəkəsinin yaradılması və istismar edilməsi, peyk rabitəsinin ayrılmış beynəlxalq və şəhərlərarası kanallarının təşkili, telematik rabitə və məlumatların ötürülməsi şəbəkələrinin yaradılması, video-konfrans rabitəsi xidmətlərinin göstərilməsi, danışıq məntəqələrinin təşkili, yeni yerli, şəhərlərarası, beynəlxalq taksofonların quraşdırılması və istismar edilməsinə qanuni icazəsi var. Bu lisenziyanın imkanlarını nəzərə alaraq, şirkətin tətbiq etdiyi WiMAX, Triple Play, IP-telefoniya və digər telematik rabitə və məlumatların ötürülməsi şəbəkələrinin yaradılmasına ixtiyarı var. Şirkətimizin bağlanması ilə bağlı gəzən söz-söhbətlər isə şayiədir və «AzEuroTel» fəaliyyətini davam etdirir. Hazırda məsələ ilə bağlı məsləhətləşmələr aparırıq», - deyə «AzEuroTel»dən bildirilib.
Bu məsələyə münasibət bildirən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmiləri qeyd ediblər ki, bu, iki müstəqil təsərrüfat subyekti arasında baş verən bir mübahisədir: «Onlar bunu məhkəmə qərarları əsasında həll etməlidir, nazirlik bu prosesdə iştirak etmir».
Xatırladaq ki, «AzEuroTel» BM 1995-ci ildə Azərbaycan Rabitə Nazirliyi (50%) və Böyük Britaniyanın «LUKoil Europe Ltd.» (50%) şirkəti tərəfindən təsisi olunub. «AzEuroTel» şirkəti Britaniyanın «GRT Ltd.» şirkətinin «System X» texnologiyası əsasında qurulan müasir rəqəmli 492/497/437 ATS-lərin operatorudur.
“Aztelekom” İstehsalat Birliyindən isə APA-ya bildiriblər ki, bu qurum tərəfindən “AzEuroTel” Birgə Müəssisəsinə şəhərarası və mobil şəbəkə istiqamətlərinə danışıqların aparılması üçün kifayət qədər kanal ayrılıb. Amma “AzEuroTel” həmin kanallardan beynəlxalq trafik ötürməyə cəhd göstərir. Bu da nəticədə onun şəbəkəsində problemlər yaradır. “Aztelekom”dan o da bildirilib ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi “AzEuroTel”ə beynəlxalq rabitə xidmətlərinin göstərilməsi üçün lisenziya verməyib.
İnfrastruktur
“Regional Su Meliorasiya” və “İri Şəhərlərin Su Təchizatı” QSC-lərin nizamnamələri təsdiqlənib
ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb
"Botanica Residence"nin rəsmi təqdimatı baş tutub: Təbiət və şəhər həyatının harmoniyası - FOTO
Deputat yollarda standartlara uyğun olmayan nişanlanma və cərimələrdən narazıdır
Xəbər Lenti
AFP: Pakistanda baş verən iki partlayış nəticəsində 7 nəfər ölüb
Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana buğda göndəriləcək
Ukrayna dronları Bryansk və Belqorod vilayətlərinə hücum edib: ölən və yaralananlar var
Pakistanın daxili işlər naziri Tehrana yollanıb, İran-ABŞ danışıqları müzakirə olunacaq
Fransa parlamentində deputatlar üçün narkotik testləri təklifi gündəmə gəlib
Özünü prokurorluq əməkdaşı kimi təqdim edərək dələduzluq edən şəxs həbs edilib
Ukrayna rəsmiləri Polşa mükafatlarından imtina etməyə başlayıblar
Tramp: Süleymaninin öldürülməsi Yaxın Şərq tarixinin ən mühüm hadisələrindən biri olub
Rusiyada ağır yol qəzası: 6 nəfər ölüb, 2 nəfər yaralanıb
Göygöldə mikroavtobus aşıb, xəsarət alanlar var - YENİLƏNİB
Bakıda yanğın təhlükəli anbarın fəaliyyəti dayandırılıb - VİDEO
“AzerGold”da Somali İnkişaf və Yenidənqurma Bankının baş direktoru ilə görüş keçirilib
Dünya bazarlarında neft bahalaşıb
Rusiya Xarkovda yaşayış binasını vurub: 1 nəfər ölüb, 9 nəfər yaralanıb
Azərbaycan nefti bahalaşıb
Britaniyada iki sərnişin qatarı toqquşub, maşinist ölüb, 89 nəfər yaralanıb
Şəmkirdə evdən 59 yaşlı qadın meyiti tapılıb
DÇ-2026: Türkiyə Paraqvaya məğlub olub, qrupdan çıxmaq şansını itirib
WSJ: ABŞ və Qətər İranın dondurulmuş 6 milyard dollar vəsaitindən istifadə mexanizmini müzakirə edir
KİV: Uitkoff İranla danışıqlarda iştirak etmək üçün İsveçrəyə yollanır
Makron Aİ-dən kənarda miqrantların geri qaytarılması mərkəzlərinin yaradılmasına qarşı çıxıb
Koşta: Aİ hesab etmir ki, Rusiya ilə danışıqların vaxtı çatıb
DÇ-2026: Braziliya 3 xalı 3 qolla qazanıb
Fon der Lyayen: Aİ hərbi sənayesi Avropa Komissiyasının nəzarətində olmalıdır
Pistorius Litvadakı Bundesver briqadası üçün kifayət qədər könüllü tapa bilmir
Tramp: Ukraynaya silah tədarükü xərclərini Avropa ölkələri qarşılamalıdır
DÇ-2026: Mərakeş Şotlandiyanı məğlub edib
Fransada nüvə silahlarının hazırlanmasına cavabdeh qurumun əməkdaşları tətil elan ediblər
ZDF: Almaniyada Ukraynaya hərbi yardımın artırılmasına dəstək azalır
DÇ-2026: ABŞ millisi Avstraliyanı məğlub edib
Tramp: İsraili Livanla atəşkəsə şəxsən mən razı saldım
ABŞ kəşfiyyatı İsrailin Vaşinqton-Tehran razılaşmasına mane ola biləcəyindən narahatdır
Tramp: Rusiyanın iştirakı ilə G8 formatı saxlanılsaydı, Ukrayna böhranının qarşısı alına bilərdi
Times: Starmer yaxın günlərdə istefa verə bilər
Tramp Kubada Venesuela ssenarisinə oxşar əməliyyat keçirilməsi ehtimalını istisna etməyib
Tramp: Hörmüz boğazını hərbi yolla açmaq mümkün olmazdı
Niderland NATO üçün "MQ-9 Reaper" PUA-larından istifadə edəcək
Makron: Avropa İttifaqı Ukrayna üzrə danışıqlarda vasitəçi ola bilməz
Merz: Ukrayna müharibə vəziyyətində olduğu müddətdə Aİ üzvü ola bilməz
Polşa Prezidenti Zelenskini ölkənin ali dövlət mükafatından məhrum edib
Fon der Lyayen İsraili Livanın suverenliyinə hörmət etməyə çağırıb
Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanın Qazaxıstandakı səfirliyini ziyarət edib
İstanbulda hava limanına gedən metro qatarı relsdən çıxıb
Zelenski: Tramp Rusiyaya qarşı sanksiyalara qayıdacağını və Ukraynaya yardımı artıracağını vəd edib
Zelenski Lukaşenkoya bir həftə vaxt verib
Dübəndi sahilində aşkarlanan neft qalıqları ərazidən kənarlaşdırılıb - FOTO - VİDEO
Rüstəm Minnixanov Prezident İlham Əliyevi təbrik edib
“TEAS Press”in keçirdiyi gənclərin roman müsabiqəsinin qalibləri mükafatlandırılıb - FOTO
Çingiz Əsgərov Avropa Məhkəməsinin “V.T. və digərləri Azərbaycana qarşı” iş üzrə qərarını qəti şəkildə rədd edir
Balaxanı neftçiləri ADNSU-da Geologiya Elmləri üzrə Tədqiqat təqaüdü təsis etdilər - FOTO