Bank Of Baku

«KIA Motors Azerbaijan» şirkəti alıcılara faizsiz kredit təklif edir

«KIA Motors Azerbaijan» şirkəti alıcılara faizsiz kredit təklif edir
# 25 fevral 2009 07:15 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Cənubi Koreyanın «KIA» avtomobillərinin Azərbaycandakı rəsmi distribütoru olan «KIA Motors Azerbaijan» şirkəti alıcılara faizsiz kredit şərtləri ilə «KIA» avtomobillərini təklif edir.
Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, avtomobil həvəskarları istənilən «KIA» modelini ilkin ödəniş 40% olmaqla 2 illik müddətə faizsiz kreditlə və ya ilkin ödəniş 20% olmaqla 19%-lə 5 illik kreditlə ala biləcər.
Bundan başqa, hər bir alıcı hər ayın sonuncu şənbə günü «KIA»dan bahalı hədiyyələr və super-priz «KIA» avtomobili qazanmaq şansı əldə edəcək.
Qeyd edək ki, «KIA Motors Azerbaijan» şirkəti Azərbaycanda 2005-ci ildən fəaliyyət göstərir. Hazırda şirkətin Bakıda 6, Gəncədə 2, Goranboy, Masallı və İmişlidə 1 satış və servis salonları var. Şirkət ölkənin avtomobil bazarında «KIA»nın 13 modelini təqdim edir ki, bunların sırasında «Opirus», «Optima», «Cerato», «Rio», «Picanto», «Carens», «Carnival», «Sportage», «Sorento», «Borrego», «Mohave», «Soul» və «Ceed» daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR