Bank Of Baku

«AZEL» şirkəti bu il Azərbaycanın daxili bazarına «Lazer» brendi ilə yeni İT məhsulları çıxaracaq

«AZEL» şirkəti bu il Azərbaycanın daxili bazarına «Lazer» brendi ilə yeni İT məhsulları çıxaracaq
# 25 fevral 2009 09:49 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. «Azərbaycan Elektronikası» (AZEL) Səmdar Cəmiyyəti 2003-cü ildən indiyədək «Lazer» brendi altında 4,5 min kompüter istehsal edib. Bu kompüterlər təhsil, bank sektoru, dövlət və qeyri-dövlət təşkilatlarında istifadə olunur.
«AZEL» SC-nin Müşahidə Şurasının sədri İgor Yakovenkonun «APA-Economics»ə verdiyi məlumata əsasən, bu il ərzində «Lazer» brendi altında server, desktop kompüterləri və digər kompüter avadanlıqlarının təqdimatının keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, «AZEL» şirkəti Azərbaycanın informasiya texnologiyaları sahəsində 1991-ci ildə fəaliyyətə başlayıb. Şirkət sistem integratoru və avadanlıq təchizatçısı kimi fəaliyyət göstərir və dünyanın bir sıra aparıcı İKT şirkətlərinin rəsmi tərəfdaşıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR