Bank Of Baku

Azərbaycanda avtomobil nəqliyyatı ilə yükdaşımanın həcmi yanvarda 8% azalıb

Azərbaycanda avtomobil nəqliyyatı ilə yükdaşımanın həcmi yanvarda 8% azalıb
# 25 fevral 2009 09:50 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar ayı ərzində Azərbaycanda avtomobil nəqliyyatı ilə fiziki şəxslərin – fərdi sahibkarların fəaliyyəti də nəzərə alınmaqla 6,2 mln. ton yük daşınıb. Bu isə 2008-ci ilin analoji ayı ilə müqayisədə 7,9% çoxdur.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, yanvarda avtomobil nəqliyyatı ilə 78,3 mln. sərnişin daşınıb və əvvəlki ilin eyni dövrü ilə müqayisədə sərnişindaşımanın həcmi 7,3% artıb. Sərnişinlərin 97%-i avtobus, 3%-i isə minik taksilərinin xidmətlərindən istifadə edib. Avtomobil nəqliyyatı ilə yük və sərnişin dövriyyəsində artım 9% səviyyəsində olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR