Azərbaycanda növbəti Milli İnternet Mükafatı müsabiqəsinə start verilib
«APA-Economics»in məlumatına görə, «NETTY-2009» təşkilat komitəsinin sədri Ruslan Novruzovun verdiyi məlumata əsasən, bu il müsabiqədə iştirak edən saytların sayının 2 dəfə artacağı və yeni saytların təqdim olunacağı gözlənilir. Müsabiqənin iştirakçısı və ya virtual jürinin üzvü müsabiqənin qaydaları ilə ziddiyyət yaratmayan və Təşkilat Komitəsi tərəfindən bəyənilən www.netty.az saytında qeydiyyatdan keçmiş hər bir şəxs ola bilər.
Aprelin 28-dən mayın 7-dək virtual jürinin səsverməsi keçiriləcək. Bu müddət ərzində iştirak etmək üçün tələbnamələrin (ərizələrin) və virtual jürinin yeni üzvlərinin qəbulu dayandırılır.
Qabaqcadan qeydiyyatdan keçmiş virtual jürinin üzvləri «NETTY-2009»-un nominantlarını səsvermə vasitəsilə müəyyən edirlər. Jürinin hər bir üzvü Mükafat boyunca bir səs hüququna malikdir və səsi qeydə alınması üçün hər bir nominasiyada səs verməyə borcludur. Hər təqdim edilmiş kateqoriyada üç nominant müəyyən edilir.
Qeyd edək ki, bu il keçiriləcək müsabiqənin nominasiyalarına «Azərbaycanda uşaq ili - 2009» şüarı ilə «Ən yaxşı uşaq saytı» nominasiyası və «2009-cu il – Bakı İslam Mədəniyyətinin Paytaxtı» proqramı çərçivəsində «Bakı haqqında ən yaxşı sayt» nominasiyası əlavə ediləcək. Əlavə nominasiyaların siyahısında 2008-ci ildən mövcud olan müsabiqədən kənar «Ən yaxşı dizayn» nominasiyası dəyişdirilmədən saxlanılıb.
Bundan əlavə, NETTY-nin Akademiyası bu ildən başlayaraq hər il yeni – «İlin İT-hadisəsi» nominasiyasında Azərbaycan informasiya texnologiyaları sahəsində ən yaxşı layihənin adını açıqlayacaq. Bu nominasiyada mükafata namizəd Azərbaycanda və onun xaricində informasiya texnologiyalarının inkişafına köməklik göstərən layihələrin müəllifləri ola bilərlər.
Mayın 8-də virtual jürinin seçiminə əsaslanaraq milli informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən görkəmli xadimlərdən ibarət «NETTY-2009» Akademiyasının səsverməsi başlayır. Akademiya qapalı səsvermə vasitəsilə nominantların ümumi sayından hər nominasiyadan bir qalibi seçərək «NETTY-2009» finalçılarını müəyyən edəcək.
Qeyd olunan müddət ərzində, həmçinin müsabiqədən kənar fəxri nominasiyalar üzrə akademiklərin səsverməsi keçirilir. «NETTY-2009»-un qalibləri mayın 17-də təntənəli mərasimdə rəsmi elan ediləcək. Tədbirin gedişində Akademiyanın qərarı ilə müsabiqədən kənar nominasiyalar üzrə qaliblər də elan olunacaq.
Xatırladaq ki, «NETTY-2009» Azərbaycan Milli İnternet Mükafatı – Ümumdünya Şəbəkəsinin milli seqmentinin və ümumiyyətlə İT-bazarının inkişafı üçün yaradılmış informasiya texnologiyaları sahəsində Azərbaycanın birinci peşəkar mükafatıdır. NETTY mükafatı, başqa oxşar tədbirlərdən fərqli olaraq həm Azərbaycanda, həm də ümumiyyətlə regionda müntəzəm həyata keçirilən nadir və yeganə tədbirdir. Bu, artıq beşinci analoji tədbirdir.
İnfrastruktur
“Regional Su Meliorasiya” və “İri Şəhərlərin Su Təchizatı” QSC-lərin nizamnamələri təsdiqlənib
ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb
"Botanica Residence"nin rəsmi təqdimatı baş tutub: Təbiət və şəhər həyatının harmoniyası - FOTO
Deputat yollarda standartlara uyğun olmayan nişanlanma və cərimələrdən narazıdır
Xəbər Lenti
Pakistan ABŞ və İran arasında texniki danışıqların sabah İsveçrədə keçiriləcəyini açıqlayıb
Azərbaycan və Özbəkistan XİN rəhbərləri telefon danışığı aparıb, strateji tərəfdaşlıq müzakirə olunub - YENİLƏNİB
İordaniya Nümayəndələr Palatasının sədri Azərbaycana gəlib
Krasnodarda maçete ilə silahlanmış şəxs insanlara hücum edib, ölən və yaralananlar var
Münhendə yük qatarları toqquşub, ölən var
Məktəblilərin Respublika İdman Olimpiadasının açılış mərasimi keçirilib - FOTO
DİN-in Hərbi İnstitutunda növbəti buraxılış olub
Tramp İtaliyanın Baş naziri Meloni ilə dostluq etməyəcəyini bildirib
Zaqatalada su hovuzunu təmir edən kişi yanıb
DÇ-26: Niderland İsveçə qarşı
Yevlax sakini Yuxarı Qarabağ su kanalında batıb
Flora Kərimova xəstəxanadan evə buraxılıb
UFC döyüşçüsü Rafael Fiziyev Azərbaycana gəlib
İsrail ordusu Livanı bombalamağa davam edir, daha 16 nəfər ölüb
Aralıq dənizində ardıcıl iki zəlzələ baş verib
"Bloomberg": Britaniya Ukrayna üçün uzaqmənzilli raketlər hazırlayır
MEDİA: Bəzi saytlarda DİM-in məlumatları şişirdilmiş başlıqlarla verilib, bu, qəbuledilməzdir
Füzulidə 15 yaşlı yeniyetmə su kanalında boğulub
Pezeşkianın müavini İranın 25 mlrd. dollarlıq aktivlərinin tam azad ediləcəyini bildirib
Belarus MN-in Qoşun Xidməti İdarəsinin rəisi Azərbaycana səfər edib
Sabah 36 dərəcə isti olacaq
Azərbaycan və Koreya arasında keçirilən siyasi məsləhətləşmələrin detalları açıqlanıb
Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana buğda göndərilib - YENİLƏNİB - FOTO
Əmtəə bazarlarında qızıl və digər qiymətli metallar ucuzlaşıb
FHN Xızıda istirahət mərkəzlərində maarifləndirmə tədbirləri keçirib
Kriptobirjada əsas aktivlər üzrə artım müşahidə olunub
AFP: Pakistanda baş verən iki partlayışda 7 nəfər ölüb
Ukrayna dronları Bryansk və Belqorod vilayətlərinə hücum edib: ölən və yaralananlar var
Pakistanın daxili işlər naziri Tehrana yollanıb, İran-ABŞ danışıqları müzakirə olunacaq
Fransa parlamentində deputatlar üçün narkotik testləri təklifi gündəmə gəlib
Özünü prokurorluq əməkdaşı kimi təqdim edərək dələduzluq edən şəxs həbs edilib
Ukrayna rəsmiləri Polşa mükafatlarından imtina etməyə başlayıblar
Tramp: Süleymaninin öldürülməsi Yaxın Şərq tarixinin ən mühüm hadisələrindən biri olub
Rusiyada ağır yol qəzası: 6 nəfər ölüb, 2 nəfər yaralanıb
Göygöldə mikroavtobus aşıb, xəsarət alanlar var - YENİLƏNİB
Bakıda yanğın təhlükəli anbarın fəaliyyəti dayandırılıb - VİDEO
“AzerGold”da Somali İnkişaf və Yenidənqurma Bankının baş direktoru ilə görüş keçirilib
Dünya bazarlarında neft bahalaşıb
Rusiya Xarkovda yaşayış binasını vurub: 1 nəfər ölüb, 9 nəfər yaralanıb
Azərbaycan nefti bahalaşıb
Britaniyada iki sərnişin qatarı toqquşub, maşinist ölüb, 89 nəfər yaralanıb
Şəmkirdə evdən 59 yaşlı qadın meyiti tapılıb
DÇ-2026: Türkiyə Paraqvaya məğlub olub, qrupdan çıxmaq şansını itirib
WSJ: ABŞ və Qətər İranın dondurulmuş 6 milyard dollar vəsaitindən istifadə mexanizmini müzakirə edir
KİV: Uitkoff İranla danışıqlarda iştirak etmək üçün İsveçrəyə yollanır
Makron Aİ-dən kənarda miqrantların geri qaytarılması mərkəzlərinin yaradılmasına qarşı çıxıb
Koşta: Aİ hesab etmir ki, Rusiya ilə danışıqların vaxtı çatıb
DÇ-2026: Braziliya 3 xalı 3 qolla qazanıb
Fon der Lyayen: Aİ hərbi sənayesi Avropa Komissiyasının nəzarətində olmalıdır
Pistorius Litvadakı Bundesver briqadası üçün kifayət qədər könüllü tapa bilmir