Bank Of Baku

«Nar Mobile» yeni «Qızıl Hədiyyə» kampaniyasına start verib

«Nar Mobile» yeni «Qızıl Hədiyyə» kampaniyasına start verib
# 25 fevral 2009 13:13 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Azərbaycanın üçüncü mobil rabitə operatoru olan «Azerfon» şirkəti («Nar Mobile» ticarət nişanı) bu ilin fevralın 24-dən martın 31-dək «Qızıl Hədiyyə» adlı reklam kampaniyasına başlayıb.
Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata əsasən, kampaniyanın şərtlərinə əsasən, potensial müştərilərə «Nar Mobile» gözəl nömrələrinə 50%-lik güzəşt təqdim olunur. Belə ki, hər bir abunəçi «Nar Mobile»dan gözəl nömrələri yarı qiymətə əldə edə bilər.
«Qızıl Hədiyyə» aksiyasında iştirak etmək üçün abunəçilər Bakı şəhərində Bülbül pr-ti,11, H.Cavid pr-ti,19, İstiqlaliyyət küçəsi,39, M.Cəfərov küçəsi,3005, Neftçilər pr-ti,127/67, T.Əliyev küçəsi,25B ünvanında, habelə Sumqayıt, Gəncə, Naxçıvan, Lənkəran, Şəkidə yerləşən «Nar Mobile» mərkəzlərinə müraciət edə bilər. Kampaniya çərçivəsində əldə edilən «Qızıl Nömrə»lər 24 saat ərzində aktivləşdiriləcək.
Qeyd edək ki, GSM operatoru olan «Azerfon» şirkəti 2007-ci ilin mart ayından kommersiya fəaliyyətinə başlayıb. «Nar Mobile» şəbəkəsi Azərbaycanın 80%-ni əhatə edir və hazırda 1 mln-dan çox abunəçisi var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR