Bank Of Baku

Azərbaycanda Milli Telekommunikasiya Şurası və Dövlət Telekommunikasiya Agentliyinin yaradılması təklif olunur

Azərbaycanda Milli Telekommunikasiya Şurası və Dövlət Telekommunikasiya Agentliyinin yaradılması təklif olunur
# 25 fevral 2009 13:25 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Azərbaycan İnternet Forumu (AİF) dövlətin İKT sektorunda kommersiya xarakterli fəaliyyətinin məhdudlaşdırılmasını zəruri sayır.
AİF-in sədri Osman Gündüzün «APA-Economics»ə verdiyi məlumata əsasən, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin idarəetmə, tənzimləmə funksiyaları ilə yanaşı kommersiya fəaliyyəti göstərməsi bu sektorun inkişafına maneələr yaradır. Məhz bunun nəticəsidir ki, hazırda özəl İnternet provayderləri Azərbaycanın regionlarında xidmət göstərmir. «Aztelekom» İstehsalat Birliyi xüsusi texniki imkanlarından istifadə edərək aşağı qiymətlə regionlarda xidmət göstərir, özəl provayderlərin isə regionlara çıxışı «Aztelekom»un infrastrukturu vasitəsi həyata keçirildiyindən, əlavə maliyyə sərfi tələb edir və nəticədə, onların təklif edə biləcəyi qiymətlər rəqabətliliyini itirir və analoji layihələr rentabelli olmur.
MDB-də oxşar vəziyyət yalnız Türkmənistan və Belarusda müşahidə olunur, digər ölkələrdə isə dövlət İKT sahəsində kommersiya fəaliyyəti ilə məşğul olmur.
Bununla bağlı AİF başçısı hesab edir ki, Azərbaycanda Milli Telekommunikasiya Şurası və Dövlət Telekommunikasiya Agentliyinin yaradılmasına ehtiyac var. Bununla yanaşı, nazirliyin nəzdində kommersiya fəaliyyəti göstərən istehsalat birliklərinin özəlləşdirilməsinin sürətləndirilməsi vacibdir.
Qeyd edək ki, artıq Azərbaycanda dövlətin iki mobil rabitə operatorunda («Azercell» və «Bakcell») iştirak payı özəlləşdirilib, həmçinin Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin iştirakı ilə yaradılmış müştərək müəssisələrin dövlətsizləşdirilməsinə başlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR