Bank Of Baku

Yanvarda Azərbaycanda göstərilən rabitə xidmətlərinin həcmi 8% artıb

Yanvarda Azərbaycanda göstərilən rabitə xidmətlərinin həcmi 8% artıb
# 26 fevral 2009 06:10 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar ayında Azərbaycanda fəaliyyət göstərən telekommunikasiya və poçt müəssisələri tərəfindən təsərrüfat subyektlərinə və əhaliyə faktiki qiymətlərlə 60,7 mln. manatlıq və ya əvvəlki ilin yanvar ayı ilə müqayisədə 7,9% çox rabitə xidməti göstərilib.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, xidmətlərin 77,2%-i bilavasitə əhaliyə göstərilib. Əldə olunmuş gəlirlərin 67,7%-i mobil telefon rabitəsindən yaranıb və 2008-ci ilin yanvar ayı ilə müqayisədə bu xidmətlərin həcmi 0,8% çoxalıb.
Ötən il ərzində ölkənin İKT sektorunda çalışanların orta aylıq əmək haqları əvvəlki illə müqayisədə 25,3% artaraq 440,7 manat olub. Bu sahədəki işçilərin hər dörd nəfərindən üçü telekommunikasiya sektorunun payına düşür və onların sayı son bir ildə 11,1% artaraq 20,1 min nəfər olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR