Bank Of Baku

Bakı Metropolitenindən istifadə edən sərnişinlərin sayı yanvarda 12,5% artıb

Bakı Metropolitenindən istifadə edən sərnişinlərin sayı yanvarda 12,5% artıb
# 26 fevral 2009 06:12 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar ayı ərzində Bakı Metropoliteninin xidmətlərindən 18,1 mln. sərnişin istifadə edib.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat ayında metro nəqliyyat vasitəsi ilə yararlanan sərnişinlərin sayı ötən ilin analoji ayı ilə müqayisədə 12,5% artıb. Bu da onu göstərir ki, sözügedən nəqliyyat vasitəsindən istifadə edən sərnişinlərin sayı əhəmiyyətli dərəcədə artır.
Xatırladaq ki, 2008-ci il ərzində Bakı Metropoliteninin hərəkət heyəti genişləndirilib. Belə ki, il ərzində istismar üçün 36 yeni sərnişin vaqonu alınıb.
Qeyd edək ki, 1967-ci ildə istifadəyə verilmiş Bakı Metropoliteninin hazırda 21 stansiyası və 1 deposu var. Ötən ilin oktyabr ayında yeni «Nəsimi» stansiyasını istifadəyə verən Bakı Metropoliteni gələn il ərzində «Azadlıq» stansiyasını istismara vermək niyyətindədir.
Xatırladaq ki, 2008-ci ilin noyabr ayının 10-da Azərbaycan prezidenti tərəfindən «Bakı Metropoliteninin perspektiv inkişafı ilə bağlı bəzi tədbirlər haqqında» sərəncam imzalanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR