Bank Of Baku

Azərbaycanın aparıcı İnternet provayderləri texniki bazasını modernləşdirir

Azərbaycanın aparıcı İnternet provayderləri texniki bazasını modernləşdirir
# 26 fevral 2009 06:18 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) nəzdində fəaliyyət göstərən «Bakinternet» Milli Provayderi, «Ultel» və digər genişzolaglı İnternet xidmətləri göstərən şirkətlər texniki bazalarında «upgrade» əməliyyatı (modernləşdirmə) həyata keçirir.
BTRİB-dən «APA-Economics»ə verilən məlumata əsasən, texniki bazanın təzələnməsi zərurəti ADSL və ayrılmış xətlər vasitəsi ilə göstərilən İnternet xidmətlərinə marağın artması, habelə bunun nəticəsində mövcud texniki imkanların real tələbata cavab verməməsi ilə bağlı yaranıb.
«Ümumiyyətlə, qonşu ölkələrin təcrübəsi göstərir ki, ADSL texnologiyasının imkanları məhduddur və eyni vaxtda köhnəlmiş Dial-up xidmətlərinin istifadəçilərinin böyük həcminin genişzolaqlı xidmətlərə keçidi üçün provayderlərin infrastruktura sərmayə yatırması vacibdir», - deyə BTRİB-dən bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR