Bank Of Baku

Azərbaycan paytaxtında su və kanalizasiya sisteminin tikintisi ilə bağlı tender keçirilir

Azərbaycan paytaxtında su və kanalizasiya sisteminin tikintisi ilə bağlı tender keçirilir
# 26 fevral 2009 08:05 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. «Azərsu» ASC Bakı şəhərinin su təchizatı və kanalizasiya sisteminin tikintisi məqsədilə 2009-cu ildə tikinti-quraşdırma işlərinin götürülməsi məqsədilə açıq tender elan edib.
Tender Komissiyasından «APA-Economics»ə verilən məlumata görə, tender 5 lot üzrə keçiriləcək. Lotlara Türkiyənin Azərbaycandakı səfirliyinin ərazisindən yağış kanalizasiyasının köçürülməsi, 8-ci km qəsəbəsində Mikayıl Əliyev küçəsindən başlayaraq Rüstəmov-Çobanzadə-Naxçıvanski küçələri üzrə E.Süleymanov küçəsinə qədər təsərrüfat kanalizasiya kollektorunda işlərin aparılması, «Şərq» su anbarından «Qaraçuxur» su anbarınadək xəttin çəkilməsi və bir sıra digər işlər daxildir.
Tenderdə iştirak etmək istəyənlər hər lot üzrə 300 manat məbəlğində iştirak haqqı ödəməlidir. İddiaçılar sənədlərini bu ilin aprelin 7-dək, tender təklifləri isə aprelin 16-dək təqdim etməlidir.
Qeyd edək ki, təkliflər zərflərinin açılma proseduru aprelin 17-də keçiriləcək.
Əlaqə telefonu: (+994 12) 431-47-68.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR