Bank Of Baku

«Delta Telecom» şirkəti DATA mərkəzinin yaradılmasını başa çatdırır

«Delta Telecom» şirkəti DATA mərkəzinin yaradılmasını başa çatdırır
# 26 fevral 2009 08:24 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Azərbaycanın «Delta Telecom» şirkəti bu ilin mart ayında yeni DATA mərkəzinin yaradılması istiqamətində apardığı işləri yekunlaşdırmaq niyyətindədir.
«Delta Telecom»un Bakıdakı baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bu mərkəz dünya serverlərində yer almış Azərbaycan saytlarının yerli DATA mərkəzinə köçürülməsinə imkan verəcək.
Layihə çərçivəsində DATA mərkəzlərinin yaradılmasında vacib tələblərdən biri 10 Gbit-lik Ethernet (böyük həcmli şəbəkələrin təşkili üçün nəzərdə tutulan qurğu) kanallarının təşkilidir.
Ümumiyyətlə, dünya üzrə DATA mərkəzlərinin rabitə kanallarını təmin etmək üçün bir neçə imkanı var. Bunların arasında «mis» Gbit-lik Ethernet və radio rabitə imkanlarını misal gətirmək olar. Lakin radiorabitə etibarlı üsul sayılmır və bu cür layihələrdə əsasən kabellərin çəkilməsi daha məqsədə uyğundur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR