Bank Of Baku

Tovuz və Ağsu Telekommunikasiya Qovşaqları kotirovka sorğusu elan edib

Tovuz və Ağsu Telekommunikasiya Qovşaqları kotirovka sorğusu elan edib
# 26 fevral 2009 08:30 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi «Aztelekom» İstehsalat Birliyinin Tovuz və Ağsu Telekommunikasiya Qovşaqları kotirovka sorğusu elan edib.
«APA-Economics»in məlumatına görə, kotirovka sorğuları 2 dəst FSM-32 konsentrator avadanlığının alınması məqsədilə elan edilib.
Tovuz Telekommunikasiya Qovşağının kotirovka sorğusunda iştirak etmək istəyənlər təkliflərini mart ayının 3-dək təqdim etməlidirlər (əlaqə telefonu (+994 231) 5-03-03).
Ağsu Telekommunikasiya Qovşağının kotirovka sorğusunda iştirak etmək istəyənlər isə təkliflərini martın 1-dək təqdim etməlidir (əlaqə telefonu (+994 198) 5-50-99).
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR