Bank Of Baku

Ötən il Azərbaycanda 400 mln. dollar dəyərində 2 240 tikili və obyektin inşasına icazə verilib

Ötən il Azərbaycanda 400 mln. dollar dəyərində 2 240 tikili və obyektin inşasına icazə verilib
# 26 fevral 2009 09:33 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar ayı ərzində Azərbaycanda fəaliyyət göstərən tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin həcmi əvvəlki ilin analoji yanvar göstəricisini 4,6% üstələyərək 160,2 mln. manat təşkil edib.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, görülmüş işlərin 103 mln. manatını (ümumi həcmin 64,3%-i) yeni tikinti, yenidənqurma və genişləndirmə, 31,3 mln. manatını (19,5%) əsaslı təmir, 10,9 mln. manatını (6,8%) cari təmir, 15 mln. manatını (9,4%) isə sair tikinti işləri təşkil edib.
Qeyri-dövlət mülkiyyətində olan tikinti müəssisələri 103 mln. manatlıq, dövlət tikinti müəssisələri isə 57,2 mln. manatlıq inşaat işləri görüb.
Ötən il ərzində inşaat bölməsində çalışmış işçilərin orta aylıq nominal əmək haqqı 406,7 manat təşkil edib. İri və orta tikinti müəssisələrində işləyənlərin orta aylıq nominal əmək haqqı isə 466,6 manat olub.
Bundan başqa, 2008-ci il ərzində ölkə ərazisində ümumi dəyəri 318,9 mln. manat (təxminən 400 mln. ABŞ dolları) olan 2 240 tikili və obyektin tikintisinin aparılmasına icazə verilib. Həmin obyektlərin 780-i ticarət və xidmət, 1 352-si yaşayış tikintisi, 8-i nəqliyyat, 6-sı sənaye, 94-ü iqtisadiyyatın digər sahələrinə aiddir.
İl ərzində ümumi sahəsi 902,3 min kv. metr olan 1 352 yaşayış evinin tikintisinin aparılmasına icazə verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR