Bank Of Baku

«Azercell»in prezidenti «Telecoms World Russia & CIS 2009» konfransında çıxış edəcək

«Azercell»in prezidenti «Telecoms World Russia & CIS 2009» konfransında çıxış edəcək
# 26 fevral 2009 09:58 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Azərbaycanın aparıcı mobil rabitə operatoru olan «Azercell Telecom» şirkəti fevralın 24-27-də Moskvada (Rusiya) keçirilən «Telecoms World Russia & CIS 2009» beynəlxalq konfransında iştirak edir.
Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata əsasən, MDB ölkələri və Avrasiyanın telekommunikasiya liderlərinin toplandığı konfransda «Azercell»in prezidenti Ali Ağan çıxış edərək Azərbaycanın iqtisadi inkişafı və telekommunikasiya sektorunun iqtisadiyyatdakı rolu barədə məlumat veriləcək.
Qeyd edək ki, konfrans artıq üçüncü dəfədir keçirilir və Avrasiya regionunun kommunikasiya sahəsində ən iri forum hesab olunur. Tədbirdə regionun aparıcı operatorları, sərmayəçilər və servis-provayderlərin iştirakı ilə bu sahədəki problemlərlə bağlı peşəkar müzakirələr, aktual diskussiyalar aparılır.
Konfransın Avrasiya regionuna həsr olunmuş sessiyasında «Azercell»in prezidenti Ali Ağan «İnkişaf edən ölkələrin iqtisadi artımında telekommunikasiya sektorunun rolu» mövzusunda məruzə ilə çıxış edəcək.
Forumda çıxışlarla yanaşı, müxtəlif təqdimatlar keçiriləcək, İT sahəsində yeni məhsullar və xidmətlər nümayiş etdirilir, yeni texnologiyalar barədə məlumat verilir. Konfrans günlərində işçi görüşlər zamanı yeni texnologiyaların gələcəyin tendensiyalarına təsiri araşdırılır, iştirakçılara yeni biznes əlaqələri qurmaq və mövcud peşəkar münasibətləri möhkəmləndirmək üçün imkanlar yaradılıb.
Xatırladaq ki, «Azercell Telecom» şirkəti 1996-cı ildən fəaliyyət göstərir və hazırda 3,5 mln. abunəçisi var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR