Bank Of Baku

Xəzər Dəniz Gəmiçiliyi bu il 13 mln. tondan çox yük daşımağı planlaşdırır

Xəzər Dəniz Gəmiçiliyi bu il 13 mln. tondan çox yük daşımağı planlaşdırır
# 26 fevral 2009 09:59 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi (XDG) bu il ərzində 13 mln. tondan artıq yük daşımağı proqnozlaşdırır. APA-nın məlumatına görə, bu barədə XDG-nin rəisi Aydın Bəşirov məlumat verib.
A.Bəşirovun sözlərinə görə, bunun təxminən 70%-dən çoxu neft və neft məhsulları olacaq. Hər ay yükdaşımada 30-40 min ton artım olduğunu deyən A.Bəşirov bu il donanmaya daha bir tankerin daxil ediləcəyini bildirib.
Gəmiçilik rəisi cari XDG işçilərinin əmək haqlarının bu il 50% artırılacağını da vurğulayıb.
Qeyd edək ki, XDG-nin nəqliyyat donanmasının tərkibinə 87 gəmi daxildir. Onlardan 42-si (o cümlədən, 1 sudaşıyan gəmi) tanker donanmasına, 35-i quru yük donanmasına, 10-u isə xidməti köməkçi gəmilərinə aiddir. Donanmanın tərkibində Ro-Ro tipli, universal gəmilər, dəniz dəmiryol bərələri və «Kometa» tipli sərnişin gəmisi var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR