Bank Of Baku

«Connect» şirkəti rəqəmsal kabel televiziyası xidmətləri ilə Bakı və Abşeronu əhatə edib

«Connect» şirkəti rəqəmsal kabel televiziyası xidmətləri ilə Bakı və Abşeronu əhatə edib
# 26 fevral 2009 10:46 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Azərbaycanın «Connect» İnternet provayder şirkəti rəqəmsal kabel televiziyası xidmətləri göstərməyə başladığı dövrdən indiyədək Bakı şəhəri və Abşeron yarımadasını əhatə edib və çoxmərtəbəli evlərlə yanaşı xüsusi evləri də xidmət şəbəkəsinə daxil edib.
Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata əsasən, televiziya xidmətlərinin göstərilməsinə ötən ilin dekabr ayında başlayan «Connect» ilkin avadanlığın (resiver və antena) qiymətini 99 manatdan 59 manata endirib. Əlavə resiverin qiyməti isə 39 manat təşkil edir.
Qeyd edək ki, «Connect TV» xidmətləri üç tarif paketi üzrə göstərilir: «Pakit I» üzrə aylıq abunə haqqı 9 manat (67 telekanal), «Paket II» üzrə - 18 manat (97 kanal), «Paket III» üzrə - 128 kanal (27 manat) təşkil edir.
Azərbaycanın «Connect» İnternet provayder şirkəti 2005-ci ildən fəaliyyət göstərir. Şirkət İnternet kartları, ayrılmış yüksək sürətli xətlər, hostinq servisi, özəl korporativ şəbəkələrin yaradılması və s. xidmətlər təklif edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR