Bank Of Baku

Azərbaycan Rabitə sahəsində Regional Birliyin iclasında iştirak edib

Azərbaycan Rabitə sahəsində Regional Birliyin iclasında iştirak edib
# 10 aprel 2009 13:00 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Daşkənddə (Özbəkistan) Rabitə sahəsində Regional Birliyin (RRB) Radioelektron vasitələrin elektromaqnit uyğunlaşması və radiotezlik spektrinin istifadəsinin tənzimləməsi üzrə Komissiyanın və Peyk, televiziya və səs radio yayımı üzrə Komissiyanın müvafiq olaraq 26-cı və 32-ci iclası keçirilib.
«APA-Economics»in məlumatına əsasən, iclasda Azərbaycan, Rusiya, Ukrayna, Belarus, Moldova, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan və Ermənistan rabitə administrasiyalarının nümayəndələri iştirak ediblər.
Tədbir çərçivəsində RRB ölkələrinin tezliklərinin paylanması üzrə ümumi cədvəlin layihəsinin hazırlanması, bu ölkələrdə İnternetə simsiz qoşulma üzrə perspektiv texnologiyaların (genişzolaqlı, 3G və s.) tətbiqi sahəsində aparılan işlərin həyata keçirilməsi məsələləri müzakirə edilib.
İclas iştirakçıları MDB ölkələrində rəqəmli yayımın tətbiqi, Rəqəmli yayım üzrə Koordinasiya Qrupunun işinin nəticələri, RRB ölkələrində rəqəmli yayımın tətbiqi prosesinin təhlili, tezliklərin ayrı-ayrı diapazonlarda rəqəmli yayım üçün planlı tezliklərin ayrılması/mənimsəməsi modifikasiyası və yenilərin koordinasiyası üzrə sənəd layihəsi ilə bağlı məsələlər baxılıb və müzakirə olunub.
Bununla yanaşı, RRB-nin birgə komissiyalarının iclasında radiotezlik spektrinin tənzimləməsinə və effektiv istifadəsi, həmçinin geostasionar orbitdə tezlik-orbital resursunun ayrılması və effektiv istifadəsi metodlarının təkmilləşdirilməsinə diqqət yetirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR