Bank Of Baku

Azərbaycan, Gürcüstan və Türkiyənin nəqliyyat nazirləri İstanbulda görüş keçirəcək

Azərbaycan, Gürcüstan və Türkiyənin nəqliyyat nazirləri İstanbulda görüş keçirəcək
# 10 aprel 2009 13:47 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Yaxın vaxtlarda Azərbaycan, Gürcüstan və Türkiyənin nəqliyyat nazirlərinin İstanbulda görüşünün keçirilməsi planlaşdırılır. Bu barədə «APA-Economics»ə Azərbaycan Nəqliyyat Nazirliyindən məlumat verilib.
Görüşdə Bakı-Tiflis-Qars (BTQ) yeni dəmir yolu bağlantısı layihəsi çərçivəsində görülən işlər müzakirə olunacaq. Tərəflər həmçinin bu il ərzində layihə üzrə həyata keçiriləcək tədbirlər ətrafında müzakirələr aparacaq.
Qeyd edək ki, BTQ-nin tikintisi ilə bağlı Azərbaycan, Gürcüstan və Türkiyə arasında yekun sənəd 2007-ci il fevralın 8-də Tiflisdə imzalanıb. Yeni dəmir yolunun tikinti işlərinə 2007-ci il noyabrın 21-də start verilib. Azərbaycan yolun Gürcüstan ərazisinə düşən hissəsinin tikintisi üçün bu ölkənin «Marabda-Kartsaxi Dəmir Yolları» MMC-yə güzəştli şərtlərlə (illik 1%-lə 25 illiyə) 200 mln. ABŞ dolları məbləğində kredit ayırıb. Bu vəsait hesabına Gürcüstan ərazisində 29 km uzunluğunda yeni yol, Türkiyə ilə sərhəddə təkər dəyişmə məntəqəsi tikiləcək, həmçinin köhnə yol rekonstruksiya olunacaq. Layihənin ümumi dəyəri isə 600 mln. dollardan artıqdır. Dəmir yolunun Gürcüstan hissəsinin tikintisini Azərbaycanın «Azərinşaatservis» şirkəti həyata keçirir. Dəmir yolunun 2011-ci ilin ortalarına qədər istifadəyə verilməsi planlaşdırılır.
Türkiyə ərazisində isə Gürcüstanla sərhəddən Qarsa qədər uzunluğu 76 km olan yeni dəmir yolu xətti tikiləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR