Bank Of Baku

«FİM Bank»ın Azərbaycana qarşı qaldırdığı iddia ilə əlaqədar növbəti məhkəmə iclasının vaxtı məlum olub

«FİM Bank»ın Azərbaycana qarşı qaldırdığı iddia ilə əlaqədar növbəti məhkəmə iclasının vaxtı məlum olub
# 13 aprel 2009 09:57 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. Malta «FİM Bank»ının Azərbaycan dövlətinə qarşı qaldırdığı iddia əsasında növbəti məhkəmə iclası bu ilin sentyabr-noyabr aylarında keçiriləcək. Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Hüquq və kadrlar şöbəsinin rəisi Bəxtiyar Məmmədovun «APA-Economics»ə verdiyi məlumata görə, son məhkəmə iclasında Hollandiyanın Rotterdam məhkəməsi Azərbaycan tərəfinin təqdim etdiyi dəlilləri qəbul edib, «FİM Bank»ın dəlilləri isə inandırıcı olmadığına görə, banka əlavə vaxt verilib ki, inandırıcı sübutlar və ya şahid ifadələrini təqdim etsin. Məhz bundan sonra məhkəmənin növbəti iclasında yekun qərarın qəbul edilməsi gözlənilir.

Qeyd edək ki, 4 il ərzində Fransada Azərbaycanın xeyrinə 4 məhkəmə qərarı çıxarılıb, bunun nəticəsində Azərbaycanın «New Skies Satellites N.V.» şirkətindəki 400 min dollar dəyərində 50 min səhminə, Bermuda adalarında qeydiyyatdan keçmiş «İntelsat Ltd.» şirkətindəki 1,1 mln. dollar payına qoyulmuş həbs götürülüb.

Xatırladaq ki, Azərbaycanda fəaliyyət göstərən «Poçtank» ölkə hökuməti adından müəyyən sənədlər təqdim etməklə, «FİM Bank»dan kredit alıb. «FİM Bank»da həmin sənədlərin həqiqi olmadığını bilsələr də, ikitərəfli razılaşmalar nəticəsində Azərbaycan bankına kredit verilib. Bu sənədlərdə göstərilib ki, guya Rabitə Nazirliyinə məxsus olan «Aztell» və «Baktell» şirkətləri (əslində, bu şirkətlər mövcud olmayıb) üçün telekommunikasiya avadanlıqları alınacaq və həmin vəsaitin geri qaytarılmasına Rabitə Nazirliyi zəmanət verir. «Poçtbank» bu krediti qaytara bilmədiyi üçün «FİM Bank» onu Azərbaycan dövlətindən almaq məqsədilə müxtəlif ölkələrdə məhkəmələrə müraciət edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR