Bank Of Baku

«Baku-City» layihəsinin ideya-konsepsiyası hazırlanıb - FOTOSESSİYA

«Baku-City» layihəsinin ideya-konsepsiyası hazırlanıb - <font color=red>FOTOSESSİYA</font>
# 13 aprel 2009 11:27 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsində aparıcı memar və mütəxəssislərin iştirakı ilə «Böyük Bakının regional inkişaf Planı»nın hazırlanması ilə bağlı toplantı keçirilib. Bu barədə «APA-Economics»ə «Akkord» Şirkətlər Qrupundan məlumat verilib.
Tədbirdə «Bakı Dövlət Layihə» İnstitutunun mütəxəssisləri tərəfindən Bakı şəhərinin hazırkı memarlıq planlaşdırma planı üzrə 1:500 miqyasında maket təqdim olunub.
Komitədə keçirilən toplantıda «Akkord» Şirkətlər Qrupunun Memarlıq və Dizayn Studiyasının rəhbəri Yeganə Hacıyeva da iştirak edib. Edilən təklif əsasında memar Y.Hacıyeva «Zığ yeni beton yol ərazisində «Baku-City» layihəsinin planlaşdırılması. İdeya-Konsepsiya»sını Komitəyə təqdim edib.
Qeyd edək ki, bu layihə «Akkord» tərəfindən 2008-ci il mayın 9-da istifadəyə verilmiş 20 km-lik beton örtüklü «Zığ dairəsi-Heydər Əliyev Beynəlxalq Hava Limanı» yolunun ətrafında 27,5 mln. kv. metrlik ərazidə administrativ-işgüzar mərkəzin salınmasını nəzərdə tutur.
Yeni alternativ xətti şəhər layihəsinin konsepsiyası Xəzər sahilində dalğaların aktiv formayaratma xüsusiyyətlərinə istinad edir. Layihə 2008-ci il fevralın 8-də Zığ yolunda görülən işlərlə tanış olmaq üçün əraziyə gələn dövlət başçısına da təqdim olunub və bəyənilib. «Baku-City»nin 27,5 hektarlıq ərazini əhatə edən layihəsi tikinti və qurğuların 5 mln. kv. metrlik ümumi sahəsini nəzərdə tutur. Əsasən, biznes və administrativ mərkəzlərin, yüksək səviyyəli və mükəmməl layihəli ticarət və istirahət-əyləncə komplekslərinin tikintisi nəzərdə tutulur. Bura 7-25 mərtəbəli müasir memarlıq üslubuna malik binalar, o cümlədən sahəsi 1,5 mln. kv. metrlik biznes mərkəzi, 0,5 mln. kv. metrlik administrativ mərkəz daxildir. Bundan başqa, «Baku-City» layihəsi çərçivəsində 1,0 mln. kv. metrlik ticarət mərkəzi və 2,0 mln. kv. metrlik istirahət mərkəzi tikiləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR