ƏBİ-nin hesablamalarına görə, yalnız bir növ tikinti materiallarına qiymətlərdə artım müşahidə olunub, halbuki 33 növ materialların dəyəri düşüb, 51-in isə sabit olaraq qalıb.
Maraqlıdır ki, rieltorların fikrincə, qiymətlərin enməsi əsasən xaricdən idxal olunan mallarla bağlıdır. Qeyd edək ki, Bakı şəhərinin tikinti materialları bazarlarında təklif olunan malların 51,8%-i yerli istehsalın payına düşür və xaricdən gətirilən mallara metal, metal konstruksiyaları, taxta və taxta materiallarını aid etmək olar.
ƏBİ-nin məlumatına görə, ilin əvvəlindən qiymətlərin enməsi 6%, ötən ilin martın sonundan isə 46,6% təşkil edib. Birliyin apardığı monitorinq onu göstərib ki, şvellerlərin qiyməti hesabat ayında 9,5%, armaturun 4,8%, dəmir örtüklərinin 4,6%, faneranın 15,8%, diktin 1,9%, mıxların 7,3%, sink örtüklərinin 1,1%, elektrodların 5,6%, şüşənin 3,3%, bitumun 7%, laminat parketlərin 2%, sementin isə 33,7% enib.
Xatırladaq ki, Dövlət Statistika Komitəsinin (DSK) son məlumatına görə, cari ilin yanvar-fevral aylarında tikinti materiallarının istehsalı ilə məşğul olan müəssisələrdə istehsalın və xidmətlərin həcmi 0,6% artıb. DSK-nın hesabatlarına görə, hazırda tikinti materiallarının 97,1%-i özəl bölmədə istehsal olunur.
Məhsul növləri | 2009-cu ilin | 2008-ci ilin | 01.03.2009-cu il vəziyyətinə hazır məhsul ehtiyatı |
Sement, əhəng və gips istehsalı | |||
Sement, min ton | 158,3 | 93,5 | 26,1 |
Tikinti gipsi, ton | 3 639,6 | 12,3 d. | 505,2 |
Tikinti əhəngi, ton | 150,0 | 6,6 d. | 0,8 |
Beton, gips və sementdən məmulatların istehsalı | |||
Sementdən yığma-tikinti konstruksiyaları, min kubmetr | 4,8 | 61,5 | 5,3 |
Sementdən və ya betondan tikinti blokları, ton | 107,7 | 7,7 | 460,6 |
Hörmə üçün hazır beton qarışığı, min ton | 139,8 | 81,5 | - |
Tikinti kərpici, min kubmetr | 29,2 | 116,5 | 11,6 |
Sair qeyri-metal mineral məhsulların istehsalı | |||
Asfalt, min ton | 51,2 | 144,5 | - |