Bank Of Baku

Moskvada Dəmir Yolları Əməkdaşlıq Təşkilatı Baş Direktorlar Konfransının iclası keçiriləcək

Moskvada Dəmir Yolları Əməkdaşlıq Təşkilatı Baş Direktorlar Konfransının iclası keçiriləcək
# 14 aprel 2009 13:26 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Aprelin 20-dən 24-dək Moskvada (Rusiya) Dəmir Yolları Əməkdaşlıq Təşkilatı (DYƏT) Baş Direktorlar Konfransının XXIV iclası keçiriləcək. Bu barədə «APA-Economics»ə Azərbaycan Dövlət Dəmir Yolunun (ADDY) mətbuat xidmətinin rəisi Nadir Əzməmmədov məlumat verib.
Konfransın iclasında DYƏT Komissiyasının 2008-ci ildə yük və sərnişin daşımaları, infrastruktur və hərəkət tərkibi üzrə işlərinin yekunları, DYƏT-in daimi işçi qrupunun 2008-ci ildə kodlaşdırma və informatika üzrə işləri, maliyyə və hesablaşma üzrə işləri, dəmir yolları arasında qarşılıqlı hesablaşma və borcların ödənilməsi, DYƏT-in əsas sənədlərinin təkmilləşdirilməsi üzrə müvəqqəti işçi qrupunun işləri, DYƏT-in 2008-ci ildəki fəaliyyəti barədə hesabat, təşkilatın 2010-cu və sonrakı illər üçün iş proqramı, Baş Direktorlar Konfransının XXV iclasının ilkin gündəliyi, keçirilmə tarixi və yeri müzakirə olunacaq.
Tədbirdə ADDY-nin nümayəndə heyəti də iştirak edəcək.
Qeyd edək ki, DYƏT 1956-cı ildə Sofiyada (Bolqarıstan) dəmir yoluna rəhbərlik edən nazirlərin müşavirəsində yaradılıb. Təşkilata 27 ölkənin dəmir yolu nəqliyyatına rəhbərlik edən nəqliyyat nazirlikləri və mərkəzi dövlət orqanları üzvdür.
ADDY 1993-cü ilin iyul ayından Dəmir Yollarının Əməkdaşlığı Təşkilatında təmsil olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR