Bank Of Baku

«NLT Telecom» şirkəti kredit mərkəzi açıb

«NLT Telecom» şirkəti kredit mərkəzi açıb
# 14 aprel 2009 14:44 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. Azərbaycanın «NLT Telecom» şirkəti Fəvvarələr Meydanında yerləşən pərakəndə satış mağazasında kredit mərkəzi açıb.
Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata əsasən, «NLT Telekom» şirkətinin «Panasonic», «Siemens», «Samsung», «Nokia», «Philips», «LG», «Sony Ericsson» və s. kimi məşhur brendlərin rəsmi dileridir. Şirkətin hazırda 400-dən çox əməkdaşı var və mobil rabitə bazarının 23-25% payına malikdir.
Fəaliyyətə başladıqdan bu günə kimi «NLT Telecom» Azərbaycanın aparıcı mobil rabitə operatoru olan «Azercell Telecom» şirkəti ilə əməkdaşlıq edir və ən yaxşı distribütor üçlüyünə daxildir. Hazırda «NLT Telecom»un Bakının müxtəlif rayonlarında 12 satış məntəqəsi mövcuddur.
Xatırladaq ki, «NLT Telecom» şirkəti 1998-ci ildə təsis edilib. Əsas fəaliyyəti mobil telefonların topdan və pərakəndə satışı, rəqəmsal texnika, DECT telefonları və aksesuarların satışı, rabitə operatoruna qoşulma və müştərilərə məlumat dəstəyi göstərməkdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR