Bank Of Baku

Azərbaycanda yaxın vaxtlarda İnternet tariflərinin endirilməsi gözlənilmir

Azərbaycanda yaxın vaxtlarda İnternet tariflərinin endirilməsi gözlənilmir
# 14 aprel 2009 14:52 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. Azərbaycanda yaxın vaxtlarda İnternet xidmətləri tariflərinin endirilməsi gözlənilmir.
Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadənin «APA-Economics»ə verdiyi məlumata əsasən, ilin əvvəlindən İnternet tarifləri artıq iki dəfə endirilib və gələcəkdə də bu istiqamətdə işlər aparılacaq. Lakin qısa müddətdə bundan böyük templə davamlı olaraq tariflərin endirilməsi mümkün deyil, çünki bu, provayderlərin göstərdikləri internet xidmətlərinin keyfiyyətinə ziyan vura bilər.
Nazir müavini bildirib ki, bu gün Azərbaycanda istənilən istifadəçi xidmət növündən asılı olaraq öz tələbatına uyğun sürətlə 10-130 manata internetdən istifadə edə bilər. E.Vəlizadənin sözlərinə görə, hazırda Nazirlik internet provayderlərinin göstərdikləri xidmətlərin keyfiyyətinin lazımi səviyyədə olması istiqamətində iş aparır. Bununla yanaşı, provayderlər xidmətlərin keyfiyyətinin nazirliklə eyni səviyyədə olmasında maraqlıdır ki, öz istifadəçilərini itirməsin və texniki problemlər yarandıqda onları operativ şəkildə həll edirlər.
Bundan başqa, hazırda nazirliyin nəzdində internetin inkişafı üzrə əlaqələndirmə qurumu mövcuddur ki, bura özəl provayderlərin nümayəndələri də daxildir. Bu qurum internet bazarında baş verən dəyişikliklərə nəzarət edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR