Bank Of Baku

«Visa» sistemi ilk mobil ödəniş xidmətini istifadəyə verib

«Visa» sistemi ilk mobil ödəniş xidmətini istifadəyə verib
# 15 aprel 2009 13:16 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. «Visa» beynəlxalq ödəniş sistemi «Near Field Communications» (NFC) texnologiyası əsasında yaradılmış ilk mobil ödəniş xidmətini istifadəyə verib.
«APA-Economics»in məlumatına əsasən, xidmətdən hazırda təkcə Malayziyada istifadə etmək olar. NFC texnologiyasını dəstəkləyən «Nokia 6212» telefonlarının sahibləri onları ödəniş kartı kimi istifadə edə bilərlər. Hazırda xidmətdən bu ölkədə 1 800 ticarət obyekti, o cümlədən avtodayanacaqlar və şosedə keçid haqlarının ödəniş məntəqələrində istifadə etmək olar.
ABŞ-da isə NFC-ödənişləri servisini tətbiq edə bilmirlər, çünki şirkətlər gəlirləri istehsalçılar, operatorlar və pərakəndə satıcılar arasında bölüşdürmə yollarını tapa bilmir. Mobil ödənişlərin Avropa variantı haqqında isə hələ heç bir məlumat yoxdur.
Qeyd edək ki, NFC bir birindən 10 santimetr məsafədə yerləşən qurğular arasında məlumat mübadiləsinə imkan verən, kiçik təsir radiuslu simsiz yüksəktezlikli rabitə texnologiyasıdır. Bu texnologiya kontaktsız kart standartı (ISO 14443) üzrə smart-kartın interfeysini və hesablayıcını bir qurğuda birləşdirən adi həldir. Texnologiyanın tətbiqi sahəsi mobil ödənişlər, ictimai nəqliyyatda biletlərin alınması, elektron açarlar, elektron pullar, mobil ticarət sahəsində istifadə olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR