Bank Of Baku

Azərbaycanda I rübdə 23 mindən çox daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının qeydiyyatı aparılıb

Azərbaycanda I rübdə 23 mindən çox daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının qeydiyyatı aparılıb
# 15 aprel 2009 14:43 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin yanvar-mart aylarında Azərbaycanda 7 996-sı ilkin, 15 008-i isə təkrar bazara aid olmaqla 23 004 daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının qeydiyyatı aparılıb. Bu barədə «APA-Economics»ə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən (DƏDRX) məlumat verilib.
Hesabat dövründə ölkə üzrə üzərində mülkiyyət hüquqlarının ilkin qeydiyyatı aparılmış daşınmaz əmlak obyektlərinin 2 468-i fərdi yaşayış evi, 2 337-si mənzil, 2 744-ü torpaq sahəsi, 246-sı qeyri-yaşayış binası, 162-si qeyri yaşayış sahəsi, 37-si əmlak kompleksi kimi müəssisə və 2-si çoxmərtəbəli yaşayış binasıdır.
Cari ilin ilk rübündə üzərində hüquqların təkrar qeydiyyatı aparılmış daşınmaz əmlak obyektlərinin isə 2 853-ü fərdi yaşayış evi, 5 067-si mənzil, 6 390-ı torpaq sahəsi, 215-i qeyri yaşayış binası, 285-i qeyri-yaşayış sahəsi, 73-ü əmlak kompleksi kimi müəssisə, 2-si çoxmərtəbəli yaşayış binası, 123-ü çoxillik əkmə olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR