Bank Of Baku

Azərbaycan paytaxtında «Honda Pilot» avtomobilinin təqdimatı keçirilib - FOTOSESSİYA

Azərbaycan paytaxtında «Honda Pilot» avtomobilinin təqdimatı keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 16 aprel 2009 11:57 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Yaponiyanın «Honda» avtomobil şirkətinin Azərbaycanda rəsmi distributoru olan «Yenimotors» şirkəti ölkəyə yeni idxal etdiyi «Honda Pilot» modelinin təqdimatını keçirib.
«APA-Economics»in məlumatına görə, tədbirdə yeni model barədə məlumat verən şirkətin direktoru Elçin Əsədov qeyd edib ki, aprel ayından başlayaraq, ilin sonunadək hər ay 30 ədəd «Honda Pilot» modelinin Azərbaycanda satışı nəzərdə tutulub: «Əlbəttə, hazırda dünyada müşahidə olunan maliyyə böhranı bizim bu planların həyata keçirilməsinə mane ola bilər. Lakin biz aprel ayında artıq 7 ədəd «Pilot» modelini sata bilmişik».
Qeyd edək ki, ağır yol şəraiti üçün nəzərdə tutulmuş «Honda Pilot» modeli 3,5 litr həcmində (253 at gücü) mühərriklə təchiz olunub. Avtomobilin uzunluğu 4 850 mm, eni 2 203 mm, hündürlüyü isə 1 845 mm təşkil edir. «Honda Pilot»un satış qiymətinə gəldikdə isə, modelin satış qiyməti komplektasiyadan asılı olaraq 40-44 min manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR