Bank Of Baku

Azərbaycandan Türkiyəyə yeni sərnişin aviareysi açılır

Azərbaycandan Türkiyəyə yeni sərnişin aviareysi açılır
# 16 aprel 2009 12:17 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Türkiyənin «Türk Hava Yolları» («Turkish Airlines») aviaşirkəti yeni Bakı-Antalya-Bakı çarter sərnişin aviareysini açır.
Şirkətin rəsmi nümayəndəsi xanım Xavər Xəlilovanın «APA-Economics»ə verdiyi məlumata görə, hazırda Bakı-Antalya aviareysinin açılmasına dair hazırlıq işləri aparılır: «Bu aviareys mövsümi xarakter daşıyır və çox güman ki, çarter aviareysi ilə uçuşlara bu ilin may ayı ərzində başlanacaq və uçuşlar cari ilin sentyabr-oktyabr aylarınadək davam edəcək».
Qeyd edək ki, hazırda «Türk Hava Yolları» Bakıdan Türkiyənin İstanbul, Ankara, Trabzon və digər şəhərlərinə uçuşlar yerinə yetirir. Uçuşlar «Airbus-320» və «Boeing-737» avialaynerləri ilə həyata keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR