Bank Of Baku

Bu il Azərbaycanda 25 minə yaxın daşınmaz əmlaka texniki pasport tərtib edilib

Bu il Azərbaycanda 25 minə yaxın daşınmaz əmlaka texniki pasport tərtib edilib
# 17 aprel 2009 08:18 (UTC +04:00)
Bakı. Vüqar İsrafilov - APA-Economics. Cari ilin birinci rübündə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (DƏDRX) ərazi idarələrində 24 min 818 daşınmaz əmlakın texniki pasportu tərtib edilib. Bu barədə “APA-Economics”ə DƏDRX-dən məlumat verilib.

DƏDRX-dən bildirilib ki, rüb ərzində texniki pasportu hazırlanan daşınmaz əmlak obyektlərinin 6 min 968-i fərdi yaşayış evi, 7 min 310-u mənzil, 9 min 641-i torpaq sahəsi, 413-ü qeyri-yaşayış binası, 365-i qeyri-yaşayış sahəsi, 57-si əmlak kompleksi kimi müəssisə, 6-sı çoxmərtəbəli yaşayış binası, 58-i çoxillik əkin sahəsidir.

Bu ilin ilk üç ayında 2008-ci ilin birinci rübü ilə müqayisədə texniki pasportların tərtibi sahəsində 22 faiz artım qeydə alınıb. Rüb ərzində hazırlanmış texniki pasportlardan 9 min 662-si Bakı şəhərində, 15 min 156-sı isə ölkənin regionlarında yerləşən daşınmaz əmlak obyektlərinə aiddir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR