Bank Of Baku

Azərbaycan paytaxtında yeni mənzillərin qiyməti 6,7% ucuzlaşıb

Azərbaycan paytaxtında yeni mənzillərin qiyməti 6,7% ucuzlaşıb
# 17 aprel 2009 10:44 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Mart ayında Bakı şəhəri üzrə satışa təklif olunmuş yeni mənzillərin orta qiyməti fevral ayı ilə müqayisədə 6,7% ucuzlaşaraq 1 078 $/kv.metrdən 1006 $/kv.metrə enib. Bu barədə «APA-Economics»ə «Əmlak Bazarı İştirakçıları» İctimai Birliyindən (ƏBİ) məlumat verilib.

Mart ayında orta qiymətə uyğun olaraq qiymət indeksi də 19,4 bənd azalaraq 382 bəndində qərarlaşıb. Şəhər üzrə tikintisi aparılan binalarda orta mənzil sahəsi fevral ayındakı nəticədən (- 0,1%) azalaraq 121,2 kv.m-ə, orta blok göstəricisi 2,3-dən 2,2-yə enib, orta mərtəbə göstəricisi isə fevraldakı kimi - 15,1 mərtəbə olub.

Araşdırmalar zamanı martda Bakının bütün rayonlarında qiymət azalması qeydə alınıb. Bu göstəricilər Nəsimidə 9,7%, Nizamidə 32,5%, Xətaidə 7,6%, Səbaildə 16,5%, Suraxanıda 10,2%, Sabunçuda 21,4%, Binəqədidə 2,7%, Nərimanovda 17,4%, Yasamalda 12,5% təşkil edib.

ƏBİ-nin araşdırmaları zamanı məlum olub ki, aprelin 1-nə Bakı şəhəri üzrə qeydə alınmış, tikintisi davam etdirilən yeni tikililərin sayı fevral ayı ilə müqayisədə 89 bina azalaraq 461 bina olub. Yeni tikililərin sayının kəskin azalmasının səbəbi iqtisadi böhran nəticəsində tikintinin tempinin aşagı düşməsi, eyni zamanda bəzi binalarda tikinti işlərinin başa çatmasıdır. Ay ərzində 17 binada satış başa çatdığından bu binalar tikintisi davam etdirilən binaların siyahısından çıxarılıb, 21 binada isə tikinti işlərinə yekun vurulub. Qeyd edilən 461 binanın inşası 189 tikinti təşkilatı tərəfindən aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR