Bank Of Baku

Ötən il ərzində Azərbaycan rabitə sahəsidən 700 mln. avro gəlir əldə edib

Ötən il ərzində Azərbaycan rabitə sahəsidən 700 mln. avro gəlir əldə edib
# 17 aprel 2009 13:30 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il ərzində Azərbaycanın rabitə sektoruna 200 mln. avro həcmində investisiya yatırılıb. «APA-Economics»in məlumatına görə, bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (“Azpromo”) prezidenti Rəhim Hüseynov Azərbaycan-Latviya biznes-forumunda bildirib.
R. Hüseynovun sözlərinə görə, rabitə sektoru Azərbaycanda ikinci prioritet sahə sayılır. 2008-ci ildə bu sahəyə müxtəlif mənbələrdən 200 mln. avro sərmayə yatırılıb: «Ötən il ərzində bu sahədən əldə olunan gəlirin həcmi isə təxminən 700 mln. avro təşkil edib».

“Azpromo” prezidenti onu da bildirib ki, hazırda ölkədə 4 mobil rabitə operatoru və 6 mln. artıq mobil abunəçisi var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR